Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib

26 iyun 2021 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətində “Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq  Mübarizə Günü” ilə bağlı əlaqədar maarifləndirici tədbir keçirilib. Pandemiya qaydalarına uyğun olaraq keçirilən tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini narkotik maddələrin insan sağlamlığına, maddi, mənəvi vurduğu zərərlərə yönəltmək və narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv olmağa çağırmaqdır.

Çıxış edənlər qeyd ediblər ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir.

Daha sonra tədbirdə narkotik maddələrin insan psixologiyasına təsiri, məktəbdə şagird və valideynlərlə bu istiqamətdə aparılan maarifləndirmə işləri haqqında danışılıb.

Keçidlər