Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Dövlət Peşə Təhsil Mərkəzində məzun günü qeyd olunub

30 iyun 2021 | 16:00

İyunun 30-da İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində  məzun günü keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Təhsil Nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Ceyran Məmmədli, 11 saylı Regional Məşğulluq Mərkəzinin rəhbərliyi, Rayon Gənclər və İdman İdarəsinin rəisi, mərkəzin müəllim və şagird kollektivi iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Zaur Muradov bildirib ki, 2020/2021-ci tədris ilində 7 qrup üzrə 140 nəfər məzun mərkəzi bitirib. Bu tədris ilində 12 nəfər tələbə təcrübə keçdiyi dövrdə işə götürən müəssisələrdə işlə təmin olunub. Həmçinin qeyd edib ki, 12 müəssisə və təşkilatla memerendum əsasında əməkdaşlıq olunur.

Direktor vurğulayıb ki, 44 günlük Vətən müharibəsində mərkəzin tələbələri də könüllü olaraq iştirak edib. Onların arasında bir məzun şəhidlik zirvəsinə ucalıb, digəri isə qazi olub. Qazi Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən medallarla təltif olunub. Onu da qeyd edib ki, peşə təhsil mərkəzi olaraq onların hər biri ilə fəxr edirik. Müharibə dövründə necə onlara dəstək olmağa çalışdıqsa, bundan sonra da hər zaman yanlarında olmağa çalışacağıq.

Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini İdris İsayev məzunları təbrik edərək onlara peşəkar karyeralarında uğur qazandıracaq dəyərli tövsiyələr verib. Peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda peşə təhsili müəssisələri əmək bazarının, o cümlədən işəgötürənlərin tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığını tam şəkildə həyata keçirildiyini nazir müavini qeyd edib. Həmçinin bildirib ki, sahibkarlıq fəaliyyətinin  genişləndirilməsi, yeni sənaye, tikinti, xidmət və emal sahələrinin yaradılması əmək bazarında peşə təhsilli kadrlara olan tələbatı artırıb. Ona görə də respublika ərazisində peşə təhsilinin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, ixtisaslı kadr hazırlığının təmin olunması diqqət mərkəzində saxlanılır.

Sonda 2020/2021-ci tədris ilində bir qrup yüksək nailiyyətlər göstərən müəllim və məzunlar fəxri fərman və diplomlarla mükafatlandırılıb.

 

Keçidlər