Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətində yeni təyinat olub

03 iyul 2021 | 16:00

İcra başçısının sərəncamına əsasən Teymurov Nəsimi Fərhad oğlu İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı   vəzifəsinə təyin edilib.

Nəsimi Teymurov 01 iyul  1988-ci il tarixində İsmayıllı rayonu, Buynuz kəndində anadan olub. 2006-cı ildə məktəbi bitirdikdən sonra Bakı Dövlət Unversitetinin Tarix fakültəsinə daxil olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional idarəetmə ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

Qeyd edək ki, bundan öncə N.Teymurov İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi adından Nəsimi Teymurovu yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edir, faəliyyətində uğurlar arzulayırıq.

Keçidlər