Şriftin ölçüsü :

Saytın rəngi :

"Yay mövsümündə Yanğın Təhlükəsizliyi Tədbirləri" mövzusunda seminar müşavirə

09 iyul 2021 | 16:00

09.07.2021-ci il tarixdə Şimal-Qərb Regional DYNİ-nin xidməti ərazisi olan İsmayıllı rayon DAİM-nin akt zalında  Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşəbbüsü ilə "Yay mövsümündə Yanğın Təhlükəsizliyi Tədbirləri" mövzusunda seminar müşavirə keçirilmişdir.

Müşavirədə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional DYNİ-nin rəis müavini daxili xidmət polkovnik-leytenantı Nurlan Şahmurov, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahin Hüseynov, İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi Rəhim Bədəlov,  Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Rövşən Yahyayev, İsmayıllı rayon İnzibati Ərazi üzrə Nümayəndələr, İsmayıllı rayon Bələdiyyə sədirləri,  İsmayıllı Meşəbəyliklər üzrə  rəhbəri Kamil Məmmədov,   və Aqrolizinq MMC-nin nümayəndələr iştirak etmişlər.

Müşavirədə yay mövsümündə yanğın təhlükəsizliyi tədbirlərinə ciddi riayət edilməsi, kövşən sahələrin yanıdırılmaması, yol kənarı, meşəətrafı ərazilərin mneral zolaqla şumlanması, 2022-ci il üçün taxıl səpimi zamanı mühafizə zolaqlarının qorunması, kəndlərdə könüllü yanğından mühafizə dəstələrinin yaradılması və.s kimi tələblər qarşıya qoyulmuşdur.

 

Keçidlər