Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda “Qarabağ” ordeni şəhidlərin ailəsinə təqdim edilib

13 iyul 2021 | 16:00

Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış gizir Nəcəfov Fuad Taleh oğlu və kiçik gizir Musayev Ramil Aydın oğlunun ailəsinə ordenlər təqdim edilib.  İlk olaraq İsmayıllının Qalınçaq kəndindən olan Taleh Nəcəfovun ailəsinə igid döyüşçünün təltif olunduğu “Qarabağ” ordeni təqdim edilib.

Təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı,RİH-nin məsul işçisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, şəhidin ailə üzvləri iştirak ediblər.

Rayonun rəhbəri 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini vurğulayaraq, bu möhtəşəm Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini bildirib.

Məlumat üçün bildiririk ki, Vətən müharibəsinin iştirakçısı Taleh Nəcəfov  2020-ci il oktyabrın 7-də şəhid olub. Uğurlu döyüş yolu keçmiş Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilib. İgid döyüşçü, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Daha sonra İsmayıllı rayonunda şəhid Musayev Ramil Aydın oğlunun ailəsi ilə görüş keçirilib. “Qarabağ” Ordeni şəhidin ailə üzvlərinin iştirakı ilə öz adını daşıdığı yeganə övladı Ramilə təqdim edilib.

Əlavə olaraq bildiririk  ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın azad edilməsi naminə başlanan “Dəmir Yumruq” əməliyyatının ilk günündən işğal altında olan yaşayış məntəqələrinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Ramil Musayev mərdlik və igidlik nümunsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" medalı ,  "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

“Qarabağ” Ordeni təqdim edilən hər iki şəhidin ailə üzvləri ölkəmizdə müharibə iştirakçılarına və onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər