Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İsmayıllıdan olan qaziyə avtomobil hədiyyə edib

15 iyul 2021 | 16:00

İyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillər və avtomobillər təqdim olunub.

Təqdimetmə mərasimində Prezident İlham Əliyev iştirak edib. Tədbirdə 810 mənzil, 50 avtomobil onların istifadəsinə verilib. Bu şəhid ailələri və müharibə əlillərinin sosial təminatının yaxşılaşdırılması üçün görüləcək işlərin bir hissəsidir. Dövlətimiz bu kateqoriyadan olan şəxslərin qayğılarını və problemlərini daim diqqətdə saxlayır.

Avtomobil alanlar sırasında İsmayıllıdan olan qazi Vüqar Novruzovda var. Xatırladaq ki, mayor Vüqar Novruzov Vətən müharibəsi iştirakçısı, 3-cü qrup Qarabağ əlilidir. Prezident İlham Əliyevin sərəncamı ilə o, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Hal-hazırda Vüqar Novruzov Rayon İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışır.

V.Novruzov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib.

Rayon İcra Hakimiyyətinin kollektivi adından həmkarımıza uğurlar arzulayırıq.

Keçidlər