İsmayıllıda vətəndaşların qəbulu davam etdirilir
16 iyul 2021 | 16:00
Mövcud pandemiya qaydaları gözlənilməklə vətəndaşların RİH başçısı aparatında rayon rəhbəri tərəfindən növbəti dəfə qəbulu təşkil edilib.
16.07.2021-ci il tarixində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qanunauyğun izahatlar verilib.
Qəbulda əsasən şəhid ailələrinin üzvləri, qazilər və vətən müharibəsinin iştirakçıları olub.
RİH başçısı vətəndaşların müraciətlərini dinlədikdən sonra qaldırın məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.