Şriftin ölçüsü :

Saytın rəngi :

Operativ Qərargahın müşavirəsi əsasında İsmayıllıda iclas keçirilib

22 iyul 2021 | 16:00

Məlumat üçün bildiririk  ki, 21 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri cənab Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib. Müşavirədə ölkə üzrə peyvəndlənmə prosesinin gedişi, şənlik mərasimlərinin, toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarət məsələləri müzakirə olunub.

Qeyd olunan müşavirə əsasında İsmayıllı Rayon İcra Hakimiyyətində 22.07.2021-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısı tərəfindən İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin iştirakı ilə pandemiya qaydalarına uyğun olaraq  geniş iclas keçirilib.
 
İclas zamanı Operativ Qərargahın müşavirəsində qeyd olunan məsələlər nümayəndələrlə birgə ətraflı şəkildə müzakirə olunub, 18 yaşdan yuxarı sakinlərin vaksinasiya olunması və xüsusi karantin rejimində şənlik mərasimlərinin, toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarətin daha da gücləndirilməsi barədə xüsusi tapşırıqlar verilib.

Həmçinin iclasda gündəlikdə duran digər məsələlər də müzakirə olunub.

Keçidlər