İsmayıllı rayonunda İctimai Şuranın yeni tərkibdə iclası keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya yeni üzvlər seçilib. Yeni Şura 15 nəfər namizəd sırasından 9 nəfərdən ibarət heyyətlə formalaşıb.
Bu münasibətlə şuranın yeni seçilmiş üzvləri qarşısında çıxış edən Rayon İcra Hakimiyyəti başçısı bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib.
Rayon İcra Hakimiyyəti ilə Qeyri-hökumət təşkilatlarının yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran rayonun rəhbəri İctimai Şuranın yeni üzvlərini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Həmçinin vurğuıayıb ki, cəmiyyətin maarifləndirilməsi yönündə aparılan işlərin əhaliyə çatdırılması istiqamətində İctimai Şuranın yaxından iştirak edəcəyini və rayonun inkişafında öz töhfəsini verəcəyini bildirib.
Məlumat üçün bildiririk ki, İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə 16 may 2021-ci il tarixindən başlanılıb. Əsas məqsəd yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını, o cümlədən dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi, fəaliyyətində şəfaflığın artırılmasını təmin etməkdir.