Şriftin ölçüsü :

Saytın rəngi :

Biz birlikdə güclüyük!

12 avqust 2021 | 16:00

Bu gün bütün dünyanın mübarizədə səfərbər olduğu əsas problem koronavirus pandemiyasıdır. Son dövrlərdə gündəlik həyat tərzimizin əsas hissəsinə çevrilmiş koronavirusa qarşı dünyanın hər yerində olduğu kimi ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür. Virusun təsirinin azaldılması üçün zəruri  addımlar atılmasına baxmayaraq problemin köklü həllində böyük dövlətlər belə çətinlik çəkir.

COVİD 19 pandemiyası ilə mübarizədə qabaqcıl təcrübəyə malik olan Azərbaycanda əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür və uğurlu nəticələr əldə olunmaqdadır. Son aylarda güclü mübarizə tədbirləri nəticəsində yoluxma sayının azalması qaydaların yumşaldılmasına, qapanmaların aradan qaldırılmasına səbəb oldu. Təhsil müəssisələrində əyani təhsilin davam etdirilməsi, istirahət, ictimai iaşə obyektlərinin öz fəaliyyətini davam etdirməsi, karantin qaydalarına əməl edilməklə toy, nişan mərasimlərinin həyata keçirilməsi ilə demək olar ki, ənənəvi həyatımıza qayıtmışıq.

Lakin unutmaq olmaz ki, bütün dünya koronavirus pandemiyasının dördüncü dalğasının yaşayır. Rayonumuzda da son günlərdə  gündəlik yoluxmaların sayı  durmadan artmaqdadır. Son bir həftə arzində yoluxmaların artması yenidən qapanmalara, mübarizə tədbirlərinin gücləndirilməsinə ciddi zərurət yarada bilər. Bu onu deməyə əsas verir ki, vəziyyət təhlükəli həddədir.
 
Əziz İsmayıllılar!  Normal gündəlik həyat tərzini yaşamaq üçün pandemiya dövründə müəyyən edilmiş qaydalara əməl edək! Dövlətimizin başçısının “Biz birlikdə güclüyük” şüarı ilə yenidən birləşərək virusa qarşı birlikdə mübarizə aparaq! koronavirusla mübarizə sahəsində verilmiş göstəriş və tapşırıqlara əsasən bütün növ zəruri tədbirlər həyata keçirilməkdədir. Biz vətəndaşların üzərinə düşən əsas vəzifə karantin qaydalarına əməl etmək, şəxsi gigiyenamıza diqqət yetirmək, məsafə saxlamaq, maskadan istifadə etməkdən ibarətdir.

Virusla mübarizədə həkimlərimizə dəstək olmalıyıq. Hər birimiz özümüzün və doğmalarımızın həyatına biganə qalmamalıyıq, virusa qarşı peyvənd olunmalıyıq.  Bu  problemlərlə mübarizədə hər birinizi  aktiv olmağa çağırırıq.

Keçidlər