Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan və vətəndaş hüquqları”

24 noyabr 2013 | 16:00

Əhali arasında hüquqi biliklərin təbliğini canlandırmaq məqsədilə yaradılmış təbliğat qrupu bu dəfə  Talıstan kənd orta məktəbinə üz tutdu. Tədbir                22.11.2013-cü il tarixdə RİH-nın Hüquq şöbəsinin məsləhətçisi Pakizə Abbasovanın, Anar Rəsulovun, Talıstan İƏD üzrə nümayəndəsi Sihət Şirəliyevin, müəllimlərin və 9-11 sinif şagirdlərinin birgə  iştirakı ilə keçirildi. “Əsas insan və vətəndaş hüquqları” mövzusunda keçirilən tədbiri məktəbin təlim-tərbiyə işləri üzrə müavini Xalid Mürşüdov açdı. Anar Rəsulov mövzu barədə tədbir iştirakçılarına geniş məlumat verdi. O, öz çıxışında Azərbaycan Respublikasının əsas Qanunu olan Konstitusiyanın  insan və vətəndaş hüquqlarına aid olan müddəalarını şərh etməklə yanaşı konstitusiyanın  tarixi barədə məlumat verdi. Hüquq şöbəsinin  məsləhətçisi Pakizə Abbasova “İnsan və vətəndaş  hüquqları” barədə çıxışını  məktəblilərin hüquqi biliklərinin daha da təkmilləşməsi məqsədilə canlı diskussiyaya  çevirdi. Şagirdlərdən Mahirə Məhərrəmova, Orxan Əzizov, Nəzrin Abbaslı, Şəlalə Rüstəmova və  s. diskussiyada fəal iştirak edərək öz biliklərini nümayiş etdirdilər. On birinci sinif şagirdi Kənan Abbaslı bildirdi ki, biz məktəblilər  hüquqlarımızı bilməklə yanaşı öz vəzifələrimizi də bilməliyik və bunlara əməl etməliyik. Sonda tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı cavablar verildi.

Keçidlər