Şriftin ölçüsü :

Saytın rəngi :

Velosiped İdmanı Federasiyası şəhid ailəsini ziyarət edib

24 avqust 2021 | 16:00

Azərbaycan Velosiped İdmanı Federasiyası “Tək millət, tək ürək” Humanitar Platforması çərçivəsində Vətən müharibəsi şəhidi, mayor Sübhi Mürsəliyevin İsmayıllı rayonu, Qurbanəfəndi kəndində yaşayan ailəsini ziyarət edib. Ziyarətdə federasiyanın baş katibi Fərhad Əliyev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin nümayəndələri də iştirak edib.

Sübhi Mürsəliyevin ailəsi ilə söhbət zamanı onun keçdiyi şəfərli döyüş yolunun hər bir gənc üçün nümunə olduğunu bildirən qonaqlar şəhidimizin övladlarına hədyyələr təqdim ediblər.

Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən mayor Sübhi Mürsəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “3-cü dərəcəli Vətənə xidmətə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər