Prezidentin Sərəncamı İsmayıllının 5 kəndinin əhalisini sevindirib
13 sentyabr 2021 | 16:00
İsmayıllı rayonunda 5 subartezian quyusu qazılacaq. Bu məqsədlə Prezident İlham Əliyev rayonda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sənədə əsasən, subartezian quyuları Çərmədil,Qarakolluq, Qoşakənd, Uştal və Vəng kəndlərinin hərəsində 1 ədəd olmaqla, ümumilikdə 5 subartezian quyusu qazılacaq.
Məlumat üçün bildiririk ki, qazılan quyular 2000 nəfərə yaxın sakinə xidmət edəcəkdir.