Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının Lahıc qəsəbəsində "Kənd turizmi" yaradılır

20 sentyabr 2021 | 16:00

Lahıc qəsəbəsində “Bələdiyyə turizmi” xidməti yaradılıb. Bununla bağlı qəsəbədə tədbir  keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, qəsəbə sakinləri, rayon ictimaiyyətin nümayəndələri iştirak edib. Burda turistlərin rahatlığı üçün  tikilmiş 3 ədəd kotecin açılışı olub.

Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə çıxış edən rayon rəhbəri İsmayıllı rayonunun turizm potensialının geniş olduğunu bildirib, həmçinin o, qeyd edib ki, Lahıc qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həm də sənətkarlığı və adət-ənənələri ilə də məşhurdur. Son illər qəsəbəyə gələn turistlərin sayında artım müşahidə olunur. Turizmin daha da inkişaf etdirilməsi üçün həmçinin onların maraqlarının təmin olunması istiqamətində daha geniş işlər aparıldığını vurğulayıb. Tədbirdə vurğulanıb ki, İsmayıllı rayonunda və eləcə də, turizm potensialı yüksək olan kəndlərdə, qəsəbələr də "Kənd turizmi" inkişaf etdiriləcəkdir.

Qəsəbə sakinləri ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevə və layihənin Lahıcda həyata keçirilməsində rolu olan hər bir kəsə dərin minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildiriririk ki, görülən işlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Lahıc bələdiyyəsi tərəfindən həyata keçirilib.Layihənin davamı olaraq tikilən koteclərin ətrafında turistlərin vaxtlarının səmərəli və maraqlı keçməsi üçün əlavə işlər görüləcək.

 

 

Keçidlər