İsmayıllı rayonunun Qalınçaq kənd sakinləri ilə görüş keçirilib
24 sentyabr 2021 | 16:00
Rayon İcra Hakimiyyətinin başçısı Qalınçaq kəndində vətəndaşlarla görüş keçirib.
Mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil olunmuş görüşdə kənd sakinlərinin problemləri dinlənilib.
Görüşdə kəndin su təchizatının yaxşılaşdırılması məqsədilə artezian quyusunun qazılması rayon rəhbərindən xahiş edilmişdir.
Rayon rəhbəri vətəndaşlara növbəti illərdə Dövlət İnvestisiya Proqramına əlavə edilməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən təklif veriləcəyini bildirilib.