İsmayıllıda taxılçılıq sahəsi üzrə növbəti təlim mövzusu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və “EMA QSC”-nin birgə təşkilatçılığı ilə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar təlim keçirilib.
Təlim iştirakçılarına taxılçılıq sahəsini əhatə edən mövzular üzrə məlumat verilib.
Təlimdə İsmayıllı rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov, “EMA QSC”-nin nümayəndəsi Zaur Abdullayev, Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşı Nərmin İsaqova sahibkarlara torpağın becərilməsi, toxumun dərmanlanması, əkinə hazırlıq, alaq otlarına, məhsuldarlığın yüksək olması məqsədi ilə vegetasiya dövründə kök xəstəlikləri, ümumi zərərvericilər və onlara qarşı mübarizə tədbirləri haqqında məlumat veriblər.
“EMA QSC”-nin aqranomu Əli Dəyər taxıl bitkilərinin becərilməsi, xəstəlik-zərərvericilərə qarşı mübarizə tədbirləri barədə təlim iştirakşılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb.