Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan şəhidin anım günü qeyd olunub

17 oktyabr 2021 | 16:00

17 oktyabr 2021-ci il tarixində İsmayıllı rayonunun Maçaxı kəndindən olan şəhid sərhədçi kiçik gizir Əşrəf Məmmədlinin anım günü qeyd olunub. Anım günündə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-in məsul əməkdaşları, millət vəkili Novruz Aslanov, Dövlət Sərhəd Xidmətinin general-leytenantı Araz Məmmədov və bir qrup hərbi qulluqçusu, hüquq mühafizə orqanının rəhbərləri, şəhidin məzarını ziyarət edərək şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhidin ailəsinə başsağlığı verərək İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, bu qələbədə İsmayıllıdan olan qəhrəman oğulların da payının olduğunu, tarixi zəfərimizin təmin edildiyini vurğulayıb.

Millət vəkili Novruz Aslanov da  çıxışında şəhidlərimizin şərəfli döyüş yolu keçməsindən və onların xatirəsinin heç bir zaman unudulmayacağından danışıb. Millət vəkili onu da qeyd edib ki, Vətən müharibəsində düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilən ölkəmizin bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunur.

Çıxış edən general-leytenant Araz Məmmədov şəhidin ailəsinə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi adından başsağlığı verib və torpaqlarımızınn azad edilməsi uğrunda gedən haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən sərhəd xidmətinin heyəti arasında şəhadət zirvəsinə ucalan, yaralananların olmasını qeyd edib, bizlərə qələbə sevincini yaşadan şəhidlərimizin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əşrəf Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Cəbrayılın azad olunmasına görə"   medalları ilə təltif edilib.

Keçidlər