İsmayıllıda İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərlə növbəti görüş keçirilib
18 oktyabr 2021-ci il tarixdə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin iştirakı ilə Rayon İcra Hakimiyyətində pandemiya qaydalarına uyğun olaraq geniş iclas keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə baş tutan iclasda gündəlikdə duran bir neçə məsələlər müzakirə olunub.
Müzakirə olunan məsələlər sırasında 18 yaşından yuxarı I və II doza olunmayan sakinlərin vaksinasiya olunması, eləcə də III doza (Booster) peyvəndlərinin vurulması zəruriliyi qeyd olunub. Həmçinin qeyd olunub ki, ərazilərdə təmizlik və abadlıq işləri aparılmalı, qanunsuz tikililərin qarşısının alınmalıdır. Eyni zamanda əmək intizamı, vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin müəyyən edilməsi, onların həlli və digər cari məsələlər də müzakirə olunub.