İsmayıllıda idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə görüş keçirilib
20 oktyabr 2021 | 16:00
19 oktyabr 2021-ci il tarixində Rayon İcra Hakimiyyətində pandemiya qaydalarına uyğun olaraq iclas keçirilib.
İclasda həlli vacib məsələlər müzakirə olunub.
Görüşdə 18 yaşından yuxarı I və II doza vaksin olunmayan sakinlərin vaksinasiya olunması, eləcə də III doza (Booster) peyvəndlərinin vurulmasının vacibliyi vurğulanıb. Həmçinin idarə, təşkilat və müəssisələrinin qışa hazırlıq vəziyyəti, istilik təchizatı ilə təmin olunması, təmizlik və abadlıq işlərinin aparılması və digər cari məsələlər ətraflı müzakirə olunub, lazımi tapşırıqlar verilib.