İsmayıllıya ilk qar yağdı
26 oktyabr 2021 | 16:00
Bu gün günorta saatlarından başlayaraq Zərnava, Qalacıq və Əhən kəndlərində qar yağıb. Qarın hündürlüyü 3-5 sm olub.
İsmayıllı rayonunda qarın yağması özünəməxsus gözəllik yaradıb. Meşələrinin qarlı mənzərəsi də göz oxşayır.
Məlumat üçün qeyd edək ki, Zərnava kəndi dəniz səviyyəsindən 1360, Qalacıq kəndi 1200, Əhən kəndi isə 1600 metr yüksəklikdə yerləşir.