1 noyabr – Azərbaycan Respublikası Kənd Təsərrüfatı İşçiləri günüdür
Bu münasibətlə Rayon İcra Hakimiyyətinin Başçısı, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru və işçiləri, aidiyyəti qrumların əməkdaşları, qabaqcıl fermerlər Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Rayon rəhbəri kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyev tərəfindən kənd təsərrüfatı sahəsində çalışanlara diqqətin və dövlət qayğısının məhz bu gün də dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdıran icra başçısı Azərbaycan Respublikasında “Kənd təsərrüfatı işçiləri günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2008-ci il tarixli sərəncamının xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində davam edən tədbirdə çıxış edənlər son illər kənd təsərrüfatı sahəsində görülmüş işlərə və qazanılmış uğurlara görə ölkəmizin Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda aqrar sahədə uzun illər səmərəli fəaliyyətinə görə Salmanov Məzahir Xasay oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Əmək ordeni” ilə təltif edilib.