Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhərində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq-kompleksin açılışı olub

04 noyabr 2021 | 16:00

Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkilləri Novruz Aslanov və Tahir Kərimli, RİH-in məsul əməkdaşları, şəhid ailələri,  ictimaiyyət nümayəndələri,  şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər.

Öncə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında dövlət himni səslənib. Çıxış edənlər ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirilib, Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, Famil, Ramil və Novruz kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər Gününü tarixə yazıb. Sonra rayon rəhbəri, millət vəkilləri və şəhidlərin valideynlərinin iştirakı ilə şəhid Famil Əhmədzadənin, Ramil Musayevin və Novruz Həmzəyevin adına inşa edilmiş bulağın açılışını ediblər.

Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Çıxış edən şəhidlərin valideynləri bulağın inşa edilməsində əməyi keçən hər kəsə öz təşəkkürlərini bildiriblər.

Keçidlər