Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib
Azərbaycan Avtomobil Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş Bakı – İsmayıllı marşrutu üzrə “Offroad” yürüşü keçirilib.
Bakıda Heydər Əliyev Mərkəzinin qarşısından başlanan “Offroad” yürüşü İsmayıllı rayon Heydər Əliyev parkının önündə başa çatıb. Yürüş iştirakçılarını İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in əməkdaşları, RİİB könüllüləri, rayon gəncləri, İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecinin və İsmayıllı Dövlət Peşə Tədris Mərkəzinin tələbələri və məktəblilər qarşılayıblar. Yürüş rayon sakinlərinin marağına səbəb olub.
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)


.jpeg)







