İsmayıllı rayonunun Diyallı kəndində şəhidlərin xatirəsini əbədiləşdirən abidə-kompleksin açılışı olub
I Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirələrini əbədiləşdirmək məqsədilə İsmayıllı rayon Diyallı kəndində inşa edilmiş abidə-kompleksinin açılışı olub.
Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in əməkdaşları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə öncə Dövlət Himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər xalqımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə qeyd etdiyini bildiriblər.
Tədbirdə məktəblilərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.
Bu gün həm də Diyallı kəndindən olan Vətən müharibəsi şəhidi Orxan Lətiflinin anım günüdür.
Bu münasibətlə rayon rəhbəri, hüquq-mühafizə orqanlarının rəhbərləri Orxan Lətiflinin evində onun xatirəsinə yaradılmış muzeylə tanış olub, şəhidin “Cəsur döyüşçü” medalını ailəsinə təqdim ediblər.