İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərlə görüş keçirilib
Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Suvaran” şirkəti və “Prior Lizing”in Ucar filialı ilə fermerlərin görüşü keçirlib.
Görüşdə su qıtlığının yaşandığı hazırki dövrdə müasir suvarma sistemlərinin əhəmiyyətindən danışılıb. Bildirlib ki, “Suvaran” şirkətində damcı suvarma sisteminin quraşdırılması xidmətinin göstərilməsi ilə yanaşı suvarma sistemləri üçün nəzərdə tutulmuş avadanlıq və materialların satışı da mövcuddur.
Daha sonra “Prior Lizing” şirkətinin nümayəndəsi şirkət tərəfindən hər növ kənd təsərrüfatı texnikalarının lizinqə verildiyi və eləcə də lizinqin şərtləri barədə fermerlərə ətraflı məlumat verib. Yekunda fermerlərin çoxsaylı sualları cavablandırılıb.