Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda əkin bəyanlarının sürətləndirilməsinə dair müşavirə keçirilib

24 noyabr 2021 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin  təşkilatçılığı İƏD üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və fermerlərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfael Quliyevlə görüşü keçirilib.

Görüşün keçirilməsində məqsəd fermerlərin apardıqları payızlıq əkinlərlə bağlı bəyanların dekabr ayının sonunadək başa çatdırılması ilə bağlı olub.

Müşavirədə çıxış edən RİH-in başçısı Nahid Bağırov cari dövrdə aqrar sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfael Quliyev cari ildə fermerlərə subsidiya ödənişində yaranmış gecikmə hallarının növbəti ildə də baş verməməsi üçün bəyanların vaxtında EKTİS-nə daxil edilməsinin, eləcə də daxil edilmiş sənədlərin ilin sonunadək yoxlanılaraq təsdiq edilməsinin vacibliyini qeyd edərək yerli icra nümayəndələrinin, bələdiyyələrin bu sahəyə daha yaxından kömək etmələrini bildirib.

Fermerlər həmçinin bu sahədə qarşılaşdıqları çətinliklərdən, subsidiya ödənişində olan çatışmazlıqlardan danışıblar.

Keçidlər