Şriftin ölçüsü :

Saytın rəngi :

“Regional Azərbaycan Kuboku” layihəsinin finalçıları məlum olub

01 dekabr 2021 | 16:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin birgə təşkililatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə region gəncləri arasında şəhid Famil Əhmədzadənin əziz xatirəsinə həsr edilmiş Nə? Harada? Nə zaman? İntellektual oyunu üzrə “Regional Azərbaycan Kuboku” layihəsi üzrə region gəncləri arasında seçim turları yekunlaşıb.

İlk olaraq Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Tədbirdə dövlətimiz tərəfindən gənclərin hər zaman dövlət idarəçiliyində xüsusi yer tutduğu və onlara hər zaman dəstək göstərildiyi region gənclərinin diqqətinə çatdırılıb. Layihənin keçirilməsində əsas məqsəd region gənclərinin intellektini inkişaf etdirmək, gəncləri pis vərdişlərdən uzaq tutmaq, inkişafını təmin etmək və Vətən müharibəsi şəhidlərinin daim xatirəsini əziz tutmaq olduğu vurğulanıb.

Qeyd edək ki, yarışda ümumilikdə 13 regiondan 15-dən artıq komanda Regional Azərbaycan Kuboku uğrunda intellekt mübarizəsi aparacaqlar.

Layihənin final mərhələsi isə şəhidin doğulduğu İsmayıllı rayonunda 17 dekabr 2021-ci il tarixində İsmayıllı Olimpiya İdman Kompleksində təşkil ediləcəkdir.

 

Keçidlər