Şriftin ölçüsü :

Saytın rəngi :

Zoğallıq kənd sakinləri ilə görüş-qəbul

10 dekabr 2013 | 16:00

Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Zoğallıq kənd sakinləri ilə görüş-qəbul keçirib.
İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov çıxış edərək, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident  İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən söz açıb.
Kənd sakinləri ölkə Prezidentinin rayonumuza göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildiriblər. Kənd daxili yolların, elektrik dirəklərinin təmirinə ehtiyac olduğunu deyib, su çatışmazlığından əziyyət çəkdiklərini dilə gətiriblər.  M.Sadıqov  deyilən problemlərlə əlaqədar aidiyyəti şəxslərə tapşırıqlar verdi.

Keçidlər