Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda dəyirmi masa ətrafında görüşlər davam edir

14 dekabr 2021 | 16:00

İsmayıllıda İƏD üzrə nümayəndəliklərdə özünüməşğulluq siyasətinin mövcud vəziyyəti və problemlər dəyirmi masa ətrafında müzakirə olunub.

Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, 11 saylı Regional Ərazi Məşğulluq filialının müdiri, Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsinin müdiri, 13 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi və İƏD üzrə nümayəndələr iştirak edib.

Heydər Əliyev Mərkəzində keçirilən  görüşdə işsizliyin aradan qaldırılması istiqamətində görülən tədbirlər ətrafında müzakirələr aparılıb. 11 saylı Regional Ərazi Məşğulluq filialı tərəfindən qeyd olunub ki, 327 nəfər özünəməşğulluq proqramına cəlb olunub. Onlardan 21-i şəhid ailəsi, 87 nəfəri isə qazilərdir. Bununla bərabər əhalinin özünəməşğulluq proqramına cəlb olunmasında bəzi problemlərin də olduğu vurğulanıb.

Görüşdə yerlərdə aztəminatlı ailələrin özünəməşğulluq proqramına cəlb olunması və səmərəli işin təşkili üçün İƏD üzrə nümayəndəliklərlə birgə əməkdaşlıq əlaqələrinin artırılması qərara alınıb.

Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin müdiri çıxışında əhalinin ünvanlı dövlət sosial yardıma cəlb olunması istiqamətində maarifləndirmə işinin daha da artırılması, eyni zamanda aidiyyəti qurumlarla birgə yerlərdə görüşlərin mütəmadi təşkil olunması bildirib.

Qeyd edək ki, görüşün əsas məqsədi sakinlərin problemlərini aidiyyəti üzrə təşkilat rəhbərləri ilə yerində müzakirə etməkdən və həlli istiqamətində operativ işlər görülməsindən  ibarət olub.

Bu məqsədlə İƏD üzrə nümayəndələrlə aidiyyəti təşkilatların qarşılıqlı qaydada işləmələri həmçinin ümumi problemlərlə əlaqədar arayış hazırlanaraq aidiyyəti qurumlara göndərilməsi qərara alınıb.

Keçidlər