“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu
mövzusunda keçirilən tədbir Topçu İƏD üzrə nümayəndəlikdə RİH-nin Hüquq şöbəsinin müdiri V.Hüseynovun, Şöbənin məsləhətçisi Anar Rəsulovun və ərazi icra nümayəndəsi Gülzar Şirəliyevanın, Topçu bələdiyyəsinin və kənd əhalisini bir qrupunun iştirakı ilə keçirildi. Valeh Hüseynov mövzu barədə tədbir iştirakçılarına geniş məlumat verdi. O, bildirdi ki, bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.
Kənd ağsaqqalı Sabir İsayev çıxış edərək mövzunun aktual olmasını bildirərək əhalinin hüquqi biliklərinin artırılması məqsədilə yerlərdə bu cür tədbirlərinin keçirilməsinin müsbət nəticələrinin olduğunu qeyd etdi.
Sonda tədbir iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verildi.