Şəhidin ordeni ailəsinə təqdim olunub
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən şəhid Famil Əhmədzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
İsmayıllı Rayon icra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi şəhid Famil Əhmədzadənin ailəsini ziyarət edib, şəhidin hamıya örnək olan həyat yoluna birgə nəzər salıblar. Görüşdə Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin Vətən müharibəsində göstərdiyi igidliyə görə təltif olunduğu orden oğluna təqdim edilib.
Şəhidin yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.