Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycançılıq məfkurəsinə əbədi sadiq olan dahi şəxsiyyət

11 dekabr 2013 | 16:00

Xatirəsi Azərbaycanın müstəqilliyi qədər əbədi olan ümummilli liderin anım günü ilə əlaqədar 10 dekabr 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində  rayon İcra Hakimiyyəti ”Heydər Əliyev İdarəetmə  məktəbi” ilə birgə dəyirmi masa arxasında söhbət keçirdi.
Söhbət “Azərbaycançılıq məfkurəsinə əbədi sadiq olan dahi şəxsiyyət” mövzusunda oldu.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri ümummilli liderin ruhuna dərin hörmətlə zəngin, elmi tutumlu, bədii dəyərli, ən kövrək hisslərdən ibarət giriş nitqi ilə açdı, milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq məfkurəsindən ətraflı danışdı.
İqtisad elmləri doktoru, İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin direktoru Rəsul Balayev, İvanovka İƏD üzrə nümayəndə Olqa Jabina, 5 saylı tam orta məktəbin tarix müəllimi Bəxtiyar Fərəcov və rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov çıxış etdilər.
Heydər Əliyev mərkəzinin foyesində anım gününə layiq kiçik konsert oldu.
Bu tədbirlə ulu öndərin  müqəddəs ruhu bir daha böyük ehtiramla yad edildi, ona rəhmət oxundu, ideallara sadiqlik nümayiş etdirildi.

Keçidlər