“Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı şəhəri 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə RİH əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Çıxış edənlər narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət siyasəti, narkotik asıllılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə qanunvericiliyin müddəalarından məlumat veriblər.
Daha sonra narkomanlığa qarşı mübarizədə 2019-2024-cü illər Dövlət Proqramının əhəmiyəti, icrası vəziyyəti, narkotik vasitələrin insan orqanizimində törətdiyi fəsadlar, narkotik asıllılıqdan müalicə, erkən müalicənin labüdlüyü və profilaktik işin aparılması qaydaları haqqqında tədbir iştirakçılarına geniş məlumat verilib.
Sonda şagirdlərin sualları cavablandırılıb.