İsmayıllıda vətəndaş qəbulları davam edir
10 fevral 2022 | 16:00
Bu gün İsmayıllı rayonunda növbəti dəfə vətəndaş qəbulu keçirilib.
Rayon rəhbəri Vətən müharibəsi iştirakçılarının və sakinlərin müraciətlərini dinləyib. Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Bundan sonra da onların qayğıları daim diqqətdə saxlanılacağı qeyd olunub.