Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

13 dekabr 2013 | 16:00

Ümummilli lider Heydər Əliyevin anım günü İsmayıllı rayonunda qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayonun hüquq mühafizə orqanlarının rəsmiləri, idarə, müəssisə rəhbərləri və minlərlə ismayıllı sakini xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzüblər. Anım mərasimində xalqın inamını özünə qaytaran, sabitlik və əmin-amanlıq yaradan ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildiyi, ölkəmiz xaosdan xilas olunduğu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıldığı bir daha xatırlanıb. Nümayəndələr Heydər Əliyev mərkəzini ziyarət ediblər. Burada onlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən filmə baxıblar. Bildirilib ki, Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi möhtəşəm ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər bizim üçün, gələcək nəsillər üçün əsl örnəkdir.

Keçidlər