Dənli bitkilərin aqrotexnikası və gübrələrin tətbiqi mövzusunda təlim keçirilib
Bu gün İsmayıllı Rayon İcra Hakimiyyəti, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və “EMA” MMC-nin birgə təşkilatçılığı ilə taxılçılığın inkişaf etdirilməsi ilə əlaqədar təlim keçirilib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının iştirak etdiyi təlimdə çıxış edənlər torpağın becərilməsi, toxumun dərmanlanması, əkinə hazırlıq, alaq otlarına qarşı mübarizə tədbirləri, vegetasiya dövründə kök xəstəlikləri və məhsuldarlığın artırılması məqsədilə mineral gübrələrin tətbiqi haqqında məlumat veriblər.
“EMA” MMC-nin aqranomu taxıl bitkilərinin aqrotexnikası, xəstəlik-zərərvericilərə qarşı mübarizə tədbirləri, pestisidlərin tətbiqi mexanizimləri və mineral gübrələr barədə geniş məlumat verərək, iştirakçıları maraqlandıran sualları cavablandırıb.