Vətəndaşların problemlərinin həlli istiqamətində görüşlər davam edir
18 fevral 2022 | 16:00
Bu gün İsmayıllı rayonunda aidiyyatlı idarə və təşkilat rəhbərlərinin də iştirakı ilə vətəndaş qəbulu keçirilib.
Rayon rəhbəri Vətən müharibəsi iştirakçılarının və sakinlərin müraciətlərini dinləyib. Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.
Bundan sonra da onların qayğıları daim diqqətdə saxlanılacağı qeyd olunub.