Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı qurbanları yad edilib

25 fevral 2022 | 16:00

İsmayıllıda Soyqırım qurbanlarının xatirəsinə həsr edilmiş “Mənim 30 yaşım var” adlı fləşmob keçirilib. 100-ə yaxın rayon gənci əllərində şam “Ana harayı” abidəsinə yürüş təşkil ediblər. Gənclər həmçinin havaya dilək şarları uçurdublar. Daha sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin hazırladığı səhnəcik nümayiş etdirilib.

Fləşmobun simvolik mənası Xocalı qətliamının günahsız qurbanlarının narahat ruhlarının Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük zəfərdən sonra rahatlıq tapmasından ibarətdir.

Keçidlər