Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhərinin küçə və yollarında abadlıq işləri davam etdirilir

28 fevral 2022 | 16:00

Şəhərin ən böyük küçələrindən olan Ə.Ələkbərzadə küçəsində geniş abadlıq- quruculuq işlərinə başlanılıb. Küçədə köhnə,primitiv dəmir vərəqlərdən ibarət hasarlar sökülərək müasir dekorativ panel hasarlarla əvəz olunur.

Küçənin yaşıllaşdırılması ən mühüm tədbirlərdəndir. Bu məqsədlə ağac əkiləcək ərazilər öncədən hazırlanıb, münbit torpaq daşınıb və şəhərə görkəm verəcək 400 ədəd eldar şamı və sərv ağacı əkilib. Küçənin kənarlarında bitən bioloji inkişafı zəif olan, həmçinin bioloji inkişafdan qalmış ağacların budanması və götürülməsi işləri də həyata keçirilib. Bu mühüm tədbirlərin aparılmasında İsmayıllı Kommunal Müəssisələri Kombinatı, 12 saylı Yol Yaşıllaşdırma İdarəsinin kollektivi daha fəallıq göstərir. Şəhərin digər küçələrinin də yenidən qurulması, abadlaşdırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Keçidlər