Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərlə növbəti görüş keçirilib

02 mart 2022 | 16:00

01 mart 2022-ci il tarixdə İnzibati Ərazi Dairələri üzrə nümayəndə və müavinlərinin iştirakı ilə Rayon İcra Hakimiyyətində pandemiya qaydalarına uyğun olaraq  geniş iclas keçirilib. İclasda gündəlikdə duran bir neçə məsələ müzakirə olunub.

Müzakirə olunan məsələlər sırasında “Ev təsərrüfatlarının uçotu kitabı”nın Dövlət Statistika Komitəsinin elektron bazasına işlənməsində yol verilmiş nöqsanların aradan qaldırılması, 18 yaşından yuxarı I və II doza vakskn olunmayan sakinlərin vaksinasiya olunması, eləcə də III doza (Buster) peyvəndlərinin vurulmasının zəruriliyi qeyd olunub. Həmçinin ərazilərdə təmizlik və abadlıq işləri aparılması, etik davranış qaydaları, əmək intizamı, vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin müəyyən edilməsi, onların həlli, qarşıdan gələn Novruz bayramı ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq və digər cari məsələlər də müzakirə olunub.

Keçidlər