“Vətəndaşların müraciətlərinə baxılması haqında Azərbaycan Respublikasının Qanunu”
“Vətəndaşların müraciətlərinə baxılması haqında Azərbaycan Respublikasının Qanunu” mövzusunda keçirilən tədbir Xanagah İƏD üzrə nümayəndəlikdə RİH-nin Hüquq şöbəsinin müdiri V. Hüseynovun, Şöbənin məsləhətçisi Anar Rəsulovun, ərazi icra nümayəndəsi Vəzirxan Fətəliyevin və kənd ictimaiyyətinin iştirakı ilə keçirilib. Valeh Hüseynov mövzu barədə tədbir iştirakçılarına geniş məlumat verdi. O, bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilir. V.Hüseynov eyni zamanda bu Qanunun əsas anlayışları ilə yanaşı ona aid olmayan sahələr haqqında da tədbir iştirakçılarına geniş məlumat verdi.
Sonda tədbir iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verildi.