Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Ailə - gələcək inkişafın bünövrəsidir” adlı tədbir keçirilib

04 mart 2022 | 16:00

“Azərbaycan Valideyn-Müəllim Assosiyasiyası” ictimai birliyi “Ailə - gələcək inkişafın bünövrəsidir” adlı tədbir keçirib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin binasında baş tutan tədbirdə RİH-nin əməkdaşı və müxtəlif ailələri təmsil edən valideynlər iştirak edib.

Layihə rəhbəri çıxış edərək layihənin məram və məqsədləri barədə geniş məlumat verib, dövlətin sütunu olan ailə institutunun üzləşdiyi müxtəlif problemlər, ailə dəyərlərinə təsir edən amillər, cəmiyyətin bu istiqamətdəki narahatçılıqları, valideynlərarası münasibətlər, valideyn-övlad münasibətləri, valideyn məsuliyyəti və s. bu istiqamətdəki problemlər, çıxış yolları barədə geniş məlumat verib.

Qarşılıqlı müzakirə şəklində keçən görüşdə  ailələlər öz ailə təcrübələri barədə fikirlərini bölüşüb, ailə dəyərlərinə təsir edən amillər və bu dəyərləri qorumaq, ailələri möhkəmlətmək üçün müxtəlif maraqlı təkliflərlə çıxış ediblər.

Daha sonra layihə heyəti şəhid Sübhi Mürsəliyevin ailəsində qonaq olub, bu ailədə ailə dəyərlərinə olan münasibət, nümunəvi ailənin təcrübəsi barədə reportaj hazırlayıblar.

Keçidlər