İsmayıllının Kürdmaşı kəndində Yel çərşənbəsi qeyd olunub
08 mart 2022 | 16:00
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.
İsmayıllının Kürdmaşı kəndində də Yel çərşənbəsi münasibətilə bayram tədbiri təşkil olunub. Kənd meydanında tonqal qalanıb, Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzi konsert proqramı ilə çıxış ediblər. Keçəl, kosa kənd sakinlərini təbrik edib.
Bayramınız mübarək!