Şriftin ölçüsü :

Saytın rəngi :

Məşqçilər bir yerə toplaşır

17 dekabr 2013 | 16:00

16 dekabr 2013-cü il tarixdə müxtəlif idman növləri üzrə fəaliyyət göstərən məşqçilərlə Rayon  Gənclər və İdman idarəsində görüş keçirilmişdir. Gİİ-nin rəisi Taleh Salehov başa çatmaqda olan ildə dövlət idman siyasətinin rayonda həyata keçməsi vəziyyətindən və növbəti ildə qarşıda duran vəzifələrdən danışmışdır.     O, qeyd etmişdir ki, bütün əvvəlki illərdən fərqli olaraq 2013-cü ildə Rayon İcra Hakimiyyətinin rəhbərliyi idmançılara daha çox qayğı göstərmiş, daha yaxşı şərait yaratmışdır. İdmanda qazanılan hər bir nailiyyət, hər bir uğur Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən layiqli qiymətini almışdır.
   Olimpiya İdman Kompleksinin rəisi Tofiq Hümbətov müxtəlif idman növləri üzrə yarışlar və gənc idmançıların məşqləri üçün kompleksdə yaradılan şəraitdən danışmış, qeyd etmişdir ki, Rayon Gənclər və İdman idarəsi ilə sıx əməkdaşlıq şəraitində işləmək bundan sonra daha yüksək nəticələr verəcək.
   T.Hümbətov yarışlara, xüsusilə bədii gimnastika üzrə Respublika çempionatına Rayon İcra Hakimiyyətinin hər cür dəstək verməsi, şərait yaratması kompleksin  fəaliyyətini daha səmərəli edir, idmanın inkişafına böyük təkan verir.
   Məşqçi müəllimlər çıxış edərək görülən işlərlə yanaşı bir sıra problemlərin qaldığını da dedilər. Təklif olundu ki, futbolun inkişafı  və Rayon Gənclər və İdman idarəsi nəzdində idman məktəbinin açılması ilə əlaqədar əsaslı təkliflər hazırlansın, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və İsmayıllı rayon İcra Hakimiyyətinə təqdim edilsin.

Keçidlər