Lahıc qəsəbəsində Torpaq çərşənbəsi böyük coşquyla qeyd olunub
Torpaq Çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir və yenilənir. Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarır. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır - ağaclar çiçək açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur.
İsmayıllının Lahıc qəsəbəsində Torpaq çərşənbəsi münasibətilə bayram tədbiri təşkil olunub. Mərkəzi meydanda bayram xonçaları bəzədilib, tonqal qalanıb, Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzi və Lahıc folklor qrupu konsert proqramı ilə çıxış ediblər. Keçəl, kosa kənd sakinlərini təbrik edib.
Bayramınız mübarək!