Pandemiya qaydalarının yumşaldılması ilə əlaqədar İsmayıllıda yenidən səyyar qəbullar keçiriləcək
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart 2022-ci il tarixli qərarı ilə yerlərdə vətəndaşlarla görüşlər keçirilməsinə icazə verilib. Ərazilərdə olan problemlərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə RİH başçısının mart ayında yerlərdə səyyar görüşləri təşkil olunacaq. Görüşlər müəyyən olunmuş qrafik üzrə mütəmadi şəkildə keşiriləcək.
Mart ayı üçün nəzərdə tutulmuş səyyar qəbullar aşağıda qeyd etdiyimiz kəndlərdə keçiriləcək:
1. 17.03.2022-ci il saat 16:00-da Qoşakənd kəndində kənd tam orta məktəbinin inzibati binasında;
2. 18.03.2022-ci il saat 15:00-da Qurbanəfəndi kəndində kənd orta məktəbinin inzibati binasında;
3. 28.03.2022-ci il saat 16:00-da Topçu kəndində kənd orta məktəbinin inzibati binasında;
4. 30.03.2022-ci il saat 16:00-da Sulut kəndində kənd orta məktəbinin inzibati binasında