Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Novruz bayramı münasibətilə təbriki

21 mart 2022 | 16:00

Əziz ismayıllılar!

Sizi xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə can sağlığı və xoş əhval-ruhiyyə arzulayıram. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunan Novruz baharın gəlişinin, təbiətin oyanışının rəmzidir.

Təsadüfi deyil ki, birlik, mehribanlıq və mərhəmət kimi dəyərləri özündə ehtiva edən Novruz bayramı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.

Dövlət müstəqilliyimizin nailiyyəti kimi, xalqımızın əsrlərlə qoruyub saxladığı adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı bu gün əsl ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin bütün bölgələrində böyük ruh yüksəkliyi ilə qeyd edilir.  Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan Respublikasında vətəndaş birliyi əldə olunub, ölkəmiz dünya dövlətləri arasında layiqli yerini tutub.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş dövlət olaraq Novruzu qeyd edir. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsini hər zaman olduğu kimi ehtiramla yad edirik. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq düşmənlə  savaşda sağlamlığını itirən döyüşçülərimizi də bayram münasibətilə təbrik edirəm.

Arzu edirəm ki, Novruz bayramı gəlişiylə hamınızın evinə bol ruzi-bərəkət gətirsin, sevinc bəxş etsin.Hər birinizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Bayramınız mübarək!

Keçidlər