İsmayıllıda “Xəmsə” Milli İntelektual Oyunu üzrə gənc müəllimlər arasında Rayon Birinciliyi keçirirlib
Yarış İsmayıllı rayon Təhsil Şöbəsinin, rayon Gənclər və İdman idarəsinin və İsmayıllı İntelektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı,İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru və gənc müəllimlər iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd gənc müəllimlərin dünyagörüşünün genişləndirilməsi və Azərbaycan tarixi və mədəniyyəti üzrə biliklərinin artırılması olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhadətə ucalmış Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün ölkə Prezidenti İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunub. Tədbir iştirakçıları həmçinin gənc müəllimlərin iştirak etdiyi yarışı yüksək qiymətləndirib və rayon gənclərinə bu kimi yarışlarda fəal iştirak etməyi tövsiyə ediblər.
Daha sonra yarışa start verilib.
Yarışın nəticələrinə görə, I yeri İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı məktəb-lisey, II yeri İsmayıllı rayon Topçu kənd tam orta məktəb, III yeri isə İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəb qazanıb.
Qalib komandalar təşkilatçılar tərəfindən diplomlarla təltif olunublar.