Şriftin ölçüsü :

Saytın rəngi :

Metodiki şuranın iclası keçirildi

20 dekabr 2013 | 16:00

    19 dekabr 2013-cü il tarixdə rayon təhsil şöbəsinin metodiki şurasında 1,2,3 saylı şəhər, Sumağallı, Quşencə və Talıstan  kənd uşaq bağçalarında təlim-tərbiyə prosesinin təşkili və nəticələri barədə məsələ müzakirə edilmişdir. Metodiki kabinetin müdiri Hümbət Əsədov monitorinqin nəticələrini iclas iştirakçılarına məruzə formasında çatdırmış, metodist Güllübəyim Cərullayeva məruzəni faktik vəziyyəti əks etdirən slaydlarla müşaiyət etmişdir. Şura iclası tənqidi-təhlili formada keçmiş, diqqət daha çox mövcud nöqsanlara və onların aradan qaldırılmasına yönəldilmişdir.
     Azərbaycan Respublikası standartlaşdırma, Metrologiya və Patent üzrə  Dövlət Komitəsi  yanında Texniki Tənzimləmə və standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki ərazi idarəsi tərəfindən bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartlarına uyğunluğunun yoxlama nəticələri barədə rayon İcra Hakimiyyətinin əməkdaşı Valeh Salehov məlumat vermişdir.
     Bu məsələ də geniş müzakirə edilmiş nöqsanların aradan qaldırılması  yolları müəyyənləşdirilmişdir.

Keçidlər