Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda növbəti səyyar görüş Topçu kəndində keçirilib

30 mart 2022 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun vətəndaşlarla səyyar görüşləri davam edir. Növbəti görüş İsmayıllı rayonunun Topçu kəndində keçirilib. Səyyar görüşdə hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Pandemiya qaydalarına uyğun olaraq təşkil olunan görüşdə sakinlər müraciətlərini dilə gətirib, onları narahat edən məsələləri rayon rəhbərliyinin diqqətinə çatdırıblar. Müraciətlər arasında kənddə yeni salınmış məhəllələrə qaz xəttinin çəkilməsi, kənddə yeni iş yerlərinin açılması, enerji təchizatının yaxşılaşdırılması, kəndin əsas yolunun asfaltlanması və sair məsələlər üstünlük təşkil edib. Görüşdə iştirak edən sakinlər onları narahat edən şəxsi problemlərini də dilə gətiriblər.

Səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.

Keçidlər